1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı idmançı Türkiyədə 3-cü yeri tutdu
Azərbaycanın "Synergy Baku” komandasının üzvü Aleksandr Polivoda Türkiyənin Alanya bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Cartier” yarışında üçüncü yeri tutub.
Bu barədə Sportnet.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib. 4 mərhələdən ibarət "Cartier” turunda Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlı ilə təmsil olunan "Synergy Baku”nun heyətində ən yüksək nəticəyə Aleksandr Polivoda imza atıb. O, 4 mərhələnin yekununa əsasən qalibdən 16 saniyə geri qalıb.
Bu nəticə Polivodaya 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə o, 5-ci olub.