1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Topaz": "Saraqosa"nın qələbə həsrəti bitəcəkmi?
Həftənin futbol baxımından ən "kasad" günü olan bazar ertəsində yenə ənənəvi mənzərədir. Azarkeşlər üçün izləməyə, proqnozsevərlər üçün isə mərc etməyə seçim imkanı bu gün elə də geniş deyil.
Bununla belə, Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" müştəri maraqlarını nəzərə alaraq, bugünkü oyun proqramını da maraqlı etməyə çalışıb. Proqnozsevərlərə "Topaz" proqramında seçim üçün 39 qarşılaşma təklif edilir. Bunlardan 18-i canlı mərcə çıxarılacaq. 5 matça isə həm canlı, həm də "təkli oyun" kimi mərc etmək olar. Aparıcı futbol liqalarında, "top-çempionatlar"da bu axşam oyun olmadığından, "Topaz" Yunanıstan və Rumıniyanın əsas, Almaniya və İspaniyanın isə 2-ci liqalarının görüşlərinə "təkli oyun" statusu verib.
"Bohum" - "Darmştadt" (kod 1132, saat 23:30)
Almaniya 2-ci Bundesliqasında çıxış edən komandalar turnir cədvəlində 11-12-ci yerləri bölüşürlər. Bu komandaların son 3 qarşılaşması 2:1 hesabı ilə bitib. Bunların ikisində "Bohum", birində isə "Darmştadt" qalib gəlib. "Topaz" tərəflərin bugünkü duelində "Bohum"un qələbəsini 1.90, heç-heçəni 2.95, "Darmştadt"ın qələbəsini isə 3.20 əmsalla dəyərləndirib.
"Tarraqona" - "Saraqosa" (kod 1137, saat 24:00)
Bu, İspaniya Sequndasında yeganə "təkli oyun"dur. 8 matçdır qələbəyə həsrət qalan saraqosalılar özü kimi autsayderlər qrupunda qərarlaşan "Tarraqona" ilə matçda bu uğursuz seriyanı dayandırmağa çalışacaq. 12 oyuna cəmi 9 xal yığan "Tarraqona"nın özünə də sonuncu pillədən qurtulmaq üçün qələbə çox vacibdir. "Topaz"ın bu oyun üçün müəyyənləşdirdiyi əmsallar: "Tarraqona"nın qələbəsi 2.50, heç-heçə 2.75, "Saraqosa"nın qələbəsi 2.45.