1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Topaz"da ilin son oyunları: Qlazqo derbisi və başqaları
İlin son həftəsonu maraqlı futbol qarşılaşmaları ilə zəngindir. Söhbət əsasən İtaliya, İngiltərə və Şotlandiya çempionatlarının görüşlərindən gedir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" dekabrın 29-30-da müştərilərinə ümumilikdə 220 matç təklif edir. Bu oyunlardan 168-i bu gün, 52-si isə sabah keçiriləcək. 2 gün ərzində 24 qarşılaşmaya (19-u şənbə, 5-i bazar günü) "təkli", 70-dən artıq oyuna isə canlı mərc etmək olar. İlin son oyunları sırasında ən çox maraq doğuranlarını xüsusi qeyd edirik.
"Qlazqo Reyncers" - "Seltik" (kod 107, saat 16:30)
Şotlandiya Premyer Liqasının bir nömrəli qarşıdurması - Qlazqo derbisi bu dəfə Yeni il ərəfəsində oynanılacaq. Bu, əzəli rəqiblərin 362-ci dueli olacaq. Bir neçə illik tənəzzül dövrünü arxada qoyan "Reyncers" əvvəlki nüfuzunu qaytarmaq üzrədir. Hazırda onlar əsas rəqibi "Seltik"dən 3 xal geri qalmaqla 2-ci pillədə qərarlaşıb. Bu axşam "Reyncers" qalib gələrsə, rəqiblərin xalı bərabərləşəcək. Bu amil derbinin əhəmiyyətini bir qədər də artırır. Maraqlıdır ki, "Seltik" 2012-ci ildən bu yana "Reyncers"ə uduzmur. Son 6 ildəki 15 derbinin yalnız üçündə heç-heçə qeydə alınıb, 12 görüşdə isə "Seltik" qalib gəlib. Görək, "Reyncers" 6 illik uğursuz sindroma bu gün son qoya biləcəkmi?
Qlazqo derbisinə "Topaz"da həm canlı, həm də "təkli" mərc etmək olar. Əmsallar: "Qlazqo Reyncers"in qələbəsi 3.10, heç-heçə 2.95, "Seltik"in qələbəsi 1.95.
"Yuventus" - "Sampdoriya" (kod 141, saat 15:30)
İtaliya A Seriyasında XIX turun açılış matçında lider "Yuventus" "Sampdoriya"nı qəbul edəcək. Ötən tur mövsümdə 2-ci heç-heçəsini "Atalanta" ilə edən "Yuve" hələ də çempionatın yeganə məğlubiyyətsiz komandasıdır. 5-ci sırada yer alan Genuya klubu isə Çempionlar Liqasına vəsiqə verən ilk "dördlüy"ə düşməyə can atır. Son 7 matçda uduzmayan "Sampdoriya"nın lider qarşısında bu seriyanı davam etdirəcəyi çox çətin görünür. Turin səfərində son dəfə 5 il əvvəl qələbəyə sevinən genuyalılar bu gün eyni uğuru təkrarlasa, qələbəsinə mərc edənlərə xeyli qazandıracaq.
"Topaz"ın bu oyun üçün təklif etdiyi əmsallar: "Yuventus"un qələbəsi 1.20, heç-heçə 4.95, "Sampdoriya"nın qələbəsi 10.
"Liverpul" - "Arsenal" (kod 103, saat 21:30)
Premyer Liqanın ən köklü klubları yenə qarşı-qarşıyadır. Bu, tərəflərin 226-cı görüşü olacaq. İndiyədək keçirilən matçlardan 86-da "qırmızılar", 78-də isə "topçular" qalib gəlib. 61 dueldə qalib müəyyənləşməyib. "Topçular" 2015-ci ildən bu yana "Liverpul"a qalib gələ bilmir. Səfərdə isə sonuncu qələbə 6 il əvvəl qazanılıb. Tərəflərin "Enfild Roud"da baş tutan son 5 görüşünün hamısı "üst" bitib. Keçirdiyi son 7 matçın hamısında qalib gələn "Liverpul" hazırda ən yaxın izləyicisi "Mançester Siti"ni 6 xal qabaqlamaqla vahid liderdir. 5-ci sıradakı "Arsenal" çempionluq mübarizəsindən uzaq düşsə də, bu axşam meydanda güzəştsiz mübarizə gedəcəyinə kimsə şübhə etmir.
"Topaz"da ilin son böyuk oyununa canlı və "təkli" mərc edə bilərsiniz. Əmsallar: "Liverpul"un qələbəsi 1.40, heç-heçə 4.35, "Arsenal"ın qələbəsi 6.25.
Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiniz.