
"Monster Energy NASCAR Cup — Daytona 500" seriyalı yarış zamanı 18 avtomobil qəzaya düşüb.
Sportnet.az-ın məlumatına görə, maşınlar sıx qrupla hərəkət etdikləri vaxt onlardan 2-si - "Ford" və "Toyota" toqquşub. Bu səbəbdən, trekdə kütləvi qəza yaşanıb. Qəzada ümumilikdə 18 pilot iştirak edib. Çoxsaylı toqquşmalarla əlaqədar trasda qığılcım və tüstülənmələr olub.
Sürücülərdən heç biri xəsarət almayıb. Yarış bir müddətlik dayandırılıb və sonra davam etdirilib.
The Big One strikes in the closing laps at @DISupdates.#DAYTONA500 pic.twitter.com/wBHo7EH6Ok
— NASCAR (@NASCAR) February 17, 2019