Özbəkistan Triatlon Federasiyasının prezidenti vəzifəsinə ölkə prezidenti Şafkat Mirziyoyevin kiçik qızının əri Otabek Umarov seçilib.
Sportnet.az-ın Özbəkistan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, federasiyanın Növbədənkənar Hesabat-Seçki Konfransında gerçəkləşib. İclasda MOK prezidenti Ümid Əhmətcanov, federasiya rəhbərliyi, digər rəsmi şəxslər, hakimlər və idmançılar iştirak ediblər.
Qeyd edək ki, O.Umarov həm də Özbəkistan Dövlət Təhlükəsizliyi Xidməti sədrinin I müavinidir.