"Formula 1"də çıxış edən "Maklaren"in rəhbərliyi komandanın pilotları Karles Sayns və Lando Norrislə əməkdaşlığın uzadıldığını açıqlayıb.
Sportnet.az-ın Britaniya komandasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hər iki sürücü ilə 2020-ci ilədək müqavilə bağlanılıb. Bu mövsüm Sayns "Maklaren"də, Norris isə ümumilikdə "Formula 1"də debüt edib. 9 mərhələdən sonra onlardan birincisi 30 xalla 7-ci, digəri isə 22 xalla 8-ci pillədə qərarlaşıb.
Komandanın rəhbəri Zak Braun həftəsonu keçiriləcək Böyük Britaniya Qran-prisi ərəfəsində yeni müqaviləni rəsmiləşdirmələrindən məmnunluq ifadə edib. O. hər iki pilotun çıxışından razılığını bildirib.