Rusiyanın Ramensk rayonunun Bıkovo qəsəbəsindəki dreyq-reysinq üzrə "Moskva mili" yarışı zamanı faciə baş verib.
Sportnet.az Autocity.az-a istinadən xəbər verir ki, pilot Sergey Boriçev yürüşə start verildikdən sonra "Nissan GT-R"i idarə etməyin öhdəsindən gələ bilməyib. Onun maşını trasdan kənara çıxaraq maneəyə çırpılıb. Nəticədə avtomobil yanmağa başlayıb. Xilasedicilər özlərini hadisə yerinə vaxtında çatdıraraq pilotu xilas etməyə və maşını söndürməyə başlayıblar. Həkimlərin səylərinə baxmayaraq, Boriçevin həyatını aldığı yaralar üzündən xilas etmək mümkün olmayıb.
Qəza nəticəsində onun maşını televiziya qülləsini qırıb.