2019-cu ildə “Qəbələ” klubunun İdmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda 12 qızıl, 16 gümüş və 14 bürünc olmaqla, ümumilikdə 42 medal qazanıblar.
Sportnet.az xəbər ki, Qəbələnin İcra Hakimiyyətinin (RİH) başçısı Səbuhi Abdullayev klubun belə idmançılarından bir qrupu ilə görüşüb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə və rayonda 2019-cu ildə sosial-iqtisadi sahənin, o cümlədən idmanın daha da inkişaf etdirilməsi sahəsində əldə olunan uğurlardan danışıb: "Dövlət başçısı Milli Olimpiya Komitəsində ilin idman yekunlarına dair mərasimdə qeyd edib ki, Azərbaycanda idmanın kütləviliyi təmin olunur. İdmanla məşğul olan gənclərin sayı kəskin artır. Azərbaycan çox böyük beynəlxalq səviyyəli idman yarışlarına uğurla ev sahibliyi edir".
2019-cu ildə "Qəbələ" idmançıları beynəlxalq yarışlarda 775 medal qazanıblar ki, bunun 271-i qızıldır. Ölkə idmançılarının bu uğurlarında “Qəbələ” İdman Klubunun yetirmələrinin də layiqli yeri var.
RİH başçısı idmançıları qazandıqları müvəffəqiyyətlər münasibətilə təbrik edib, onlara 2020-ci ildə daha böyük uğurlar arzulayıb. O, idmançıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbrik edib.
“Qəbələ” İdman Klubunun ümumi işlər üzrə koordinatoru, Əməkdar məşqçi Səbuhi Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində ölkədə idmanın maddi-texniki bazasının dünya standartları səviyyəsinə qaldırdığını və nəticədə bu sahədə çox böyük uğurların əldə olunduğunu bildirib. O, qeyd edib ki, ölkə Prezidentinin qayğısı sayəsində Qəbələdə də idmanın inkişafı üçün nəhəng layihələr həyata keçirilib. İdmançılar bu qayğıya görə ölkə başçısına minnətdardırlar. İdman klubunun koordinatoru “Qəbələ” İdman Klubu təmsilçilərinin 2019-cu ildə əldə etdikləri nailiyyətlər barədə rayon icra hakimiyyətinin başçısına məlumat verib.
S.Abdullayev klubun 2019-cu ildə ölkə və beynəlxalq yarışlarda uğur qazanan idmançılarına, məşqçilərinə RİH-nin mükafatlarını təqdim edib.