Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə İlham Məmmədov 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilib.
Sportnet.az-ın məlumatına görə, həmin vəzifəyə Bahadur Tahirbəyov təyin edilib. İlham Məmmədov “Merkuri” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin Müşahidə Şurasının üzvüdür. Bahadur Tahirbəyov isə Azərbaycanın "Qalaqapı Qo" idman növü üzrə baş məşqçisidir. O, həm də sistemoloq-alimdir (pravda.az).