Belarusda idmançıların müqavilələrində müəyyən dəyişiklikləri nəzərdə tutan yeni qərar qəbul edilib.
Sportnet.az-ın "tut.by" nəşrinə istinadən məlumatına görə, idmançılar ölkə himnini əzbər bilməli, yarışlar zamanı yalnız dövlət rəmzlərindən istifadə etməlidirlər. Qərarı Belarusun İdman Nazirliyi verib.
Bundan əlavə, onlar işəgötürənin icazəsi olmadan mətbuata şərh verə və ya sosial şəbəkələrdə hər hansı paylaşım edə bilməyəcəklər.
Daha əvvəl xizəksürmə üzrə milli komandanın liderləri zorakılıq və seçkinin nəticələri əleyhinə məktub imzalayıblar. Bunların arasında 2019-cu ildə Belarusun ən yaxşı idmançısı seçilmiş Aleksandra Romanovskaya, olimpiya çempionu Anna Quskova, əfsanəvi məşqçi Nikolay Kozeko və Respublika Olimpiya Mərkəzinin keçmiş direktoru Vadim Krivoşeyev də var.
Qeyd edək ki, Belarusda 1 aydan çoxdur prezident seçkilərinin nəticələrinə görə aksiyalar keçirilir.