Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Sportnet.az Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, zərbələr nəticəsində düşmən qoşunlarının idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.








































































