
Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qalıb.
Sportnet.az-ın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, düşmən qüvvələri öz komandanlıqlarından təcili kömək istəyib. Köməyə gələn ehtiyat qüvvələr Ordumuz tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib.