
"2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır"!
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində bildirib.
Qeyd edək ki, Suqovuşanı bu gün Azərbaycan Silahlı Qüvvələri işğaldan azad edib. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib.