
“Cəbrayıl şəhəri və 9 kənd işğaldan azad olunub. Cəbrayıl sakinləri təbrik edirəm”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
"Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!" Dövlət başçısı bildirib.
Qeyd edək ki, bundan başqa, Cəbrayıl şəhəri də erməni işğalından azad edilib.