Gənclər və İdman Nazirliyi 2020-ci ildə idman sahəsində fəxri ad alanların sayını açıqlayıb.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın Sportnet.az verdiyi məlumata görə, 20 nəfər "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" adı alıb.
12 nəfər "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi", 7 nəfər "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adına, 2 nəfər isə "Respublika dərəcəli hakim" adına layiq görülüb.