Koronavirusa yoluxmuş tanınmış idman jurnalisti, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Əşrəfoğlun ECMO cihazından ayrılacaq.
Bu barədə Sportnet.az-a onun qardaşı Rəşad Şükürov məlumat verib. Onun sözlərinə görə, səbəb qanaxmanın dayanmamasıdır.
R.Şükürov ECMO-dan ayrıldıqdan sonra qardaşının vəziyyətinin necə olacağını bilmədiyini söyləyib: "Sadəcə, dua etmək lazımdır ki, hər şey yaxşı olsun".
Qeyd edək ki, Elnur Əşrofoğlu koronavirusa sentyabrın əvvəllərində yoluxub. Bir müddət ev şəraitində müalicə aldıqdan sonra o, "Yeni Klinika"ya köçürülüb.