Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
"Yeni klinika"dan Sportnet.az-a bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.
"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır" - xəstəxanadan bildirilib.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.