
Fevralın 21-də M*-M** kateqoriyalı "Sərhədçi Kuboku” start götürəcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışın ümumi mükafat fondu 5000 manat təşkil edir.
Novxanı qəsəbəsində yerləşən "Sərhədçi Atçılıq Mərkəzi”nin qapalı manejində baş tutacaq yarışda 15-ə yaxın idmançı və 30-a yaxın atın iştirakı gözlənilir. Yarışa yerli hakimlər kollegiyası nəzarət edəcək.
Qeyd edək ki, yarış saat 12:00 da başlayacaq.













































































