"Artıq cənab Prezident qərar qəbul edib ki, bir nəfər yalnız bir federasiyaya cavabdehlik daşısın. Yəni hər federasiyaya bir nəfər prinsipi olsun".
Sportnet.az-ın məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Ç.Hüseynzadə bildirib ki, Prezident İlham Əliyevin federasiyaların fəaliyyətindən narazılığı göstərilən nəticələrdən irəli gəlir: "Federasiyanın işi onun nəticələri ilə müəyyənləşir. Bu, Yay Olimpiya Oyunlarında və digər dünya səviyyəli yarışlarda da hiss olunur".
MOK rəsmisinin fikrincə, digər sahələrdə olduğu kimi, federasiyalarda da dəyişiklik lazımdır: "Rotasiya, cavanlaşma getməlidir. Bu, ölkədə baş verən ümumi prosesdir. Federasiyalarda bu istiqamətdə işlər gedir. Artıq bir neçəsində rəhbərlik dəyişib. Bəziləri artıq təsdiqlənib. Gözləyək, görək bir ildən sonra vəziyyət necə olacaq".