
Maltanın paytaxtı Vallettada Avropa Badminton Konfederasiyasının Konqresi keçirilib.
Sportnet.az-ın məlumatına görə, illik iclasda Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak ediblər.
Toplantıda 2023-cü ildəki Konqresə ev sahibliyi edəcək şəhər müəyyənləşib. Avropa Badminton Konfederasiyasının nümayəndə heyətlərinin növbəti, sayca 56-cı görüşü Bakıda keçiriləcək. Tədbirə ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından Azərbaycan paytaxtına verilib.
Həmçinin, Bakıdakı Konqresdə 2022-ci ildə müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının mükafatlandırılma mərasimi baş tutacaq. Avropanın badminton federasiyasılarının prezidentləri Azərbaycana səfər edəcək.