Gürcüstanın paytaxtı Tbilisidə Strongman üzrə Beynəlxalq Gran-pri turniri başa çatıb.
Sportnet.az-n məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Strongmen Federasiyasinin dəstəyi ilə yarışa 3 idmançımız qatılıb.
Gərgin mübarizə şəraitində keçən turnirdə idmançılarımızdan şəxsi çəkisi 80 kq olan idmançılar arasında dünya və Avropa çempionu Rövşən Xəlilov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Digər təmsilçimiz şəxsi çəkisi 105kg+olan idmançılar arasında isə Aydın Hümbətov da yüksək nəticə göstərərək turnirin çempionu olub.
Nicat Hüseynov isə şəxsi çəkisi 105 kq-a qədər olan 14 idmançı arasında 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Almaniya, Estoniya, Latviya, İran, İsraildən 50-dən çox idmançı iştirak edib.