
Tədbirdə Yunanıstan prezidentinin, Yunanıstan Olimpiya Komitəsi prezidentinin, Yunanıstanın mədəniyyət və idman nazirinin və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da daxil olduğu Beynəlxalq Olimpiya Ailəsinin rəsmi şəxslərinin iştirakı nəzərdə tutulub. Səfəri çərçivəsində nazir Azad Rəhimov Delfi və Qədim Olimpiyaya səfər edəcək, Saloniki şəhərinin meri, Makedoniya və Frakiya üzrə dövlət naziri, Şimali Makedoniya regionunun qubernatoru və Yunanıstanın Təhsil və Din İşlər üzrə naziri Andreas Loverdos ilə görüşlər keçirəcək.
A.Rəhimov 1iyunun 19-dək Yunanıstanın Saloniki şəhərində keçiriləcək Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının 3-cü Üzvlər İclasına da qatılacaq. Tədbirin həyata keçirilməsində dəstək Saloniki Şəhər Meriyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təmin olunur. Həmçinin, YUNESKO-nun Yunanıstandakı milli komissiyası, yerli təşkilatlar və Yunanıstanın 2014-cü il Avropa İttifaqına Sədrliyi çərçivəsində görüşlərin keçirilməsi də nəzərdə tutulub. Üzvlər İclası zamanı təşkilata üzv təşkilatlar cari məsələləri müzakirə edəcək, 2015-ci ilin icra planı təsdiq olunacaq və İttifaqa gələcəkdə üzv olmaq istəyən yeni təşkilatlar öz təqdimatlarını edəcəklər.