"Sərbəst yürüşlərdə sürətli idik. "UltraSoft”la uzun seriya daha yaxşı alına bilərdi. Lakin "SuperSoft” şinləri ilə maşının davranışından məmnunam”.
Sportnet.az f1news.ru saytına istinadən xəbər verir ki, bunu "Formula-1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə ən yaxşı nəticə göstərən "Red Bull” komandasının pilotu Daniel Rikkardo deyib.
Ötən il Bakıda keçirilən yarışın qalibi olan avstraliyalı pilot yenə də özünü favoritlər sırasında gördüyünü söyləyib: "Sıralama turunda necə olacağını təsəvvür etmirəm. Rəqiblərin nə qədər artıracaqlarından xəbərsizəm. İlk sırada start etməsək belə, yarış zamanı sürətli olmalıyıq. Bakda favoritlər arasında olduğumuzu düşünürəm. Adətən burada asfaltla təmas çatışmır. Bu şərtlərdə belə, boliddən razı qaldım. Ümid edirəm ki, yarış günü də bu cür xoş hisslər olacaq. Proqnoza əsasən, həftəsonu hava küləkli olmalıdır. Bu, bizə maneə yaratsa belə, şərtlər hamı üçün eynidir”.
Qeyd edək ki, bu gün saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Növbəti gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə "Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.
Bukmekerlər Azərbaycan Qran-prisinin favoriti qismindı "Mercedes”n pilotu Lüis Hemiltonu görürlər.