1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda "Formula 1"in əmlakına zərər yetirildi
"Formula 1” üzrə Azərbaycan Qran Prisini təşkil edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) əmlakına zərər yetirilib.
Bu barədə Sportnet.az-a BŞH-dən məlumat verilib. Bildirilir ki, quruma məxsus əmlaka hər hansı formada zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanunla qadağandır. Buna əməl etməyənlər barəsində müvafiq tədbirlər görüləcək: "Hazırda söküntü işlərini sürətlə davam etdiririk və bu prosesdə üzləşdiyimiz bəzi məqamlar bizi ciddi narahat etməkdədir. Yarış məkanına aid bütün tikililər və küçələrin ətrafına quraşdırılmış avadanlıqlar BŞH-nin şəxsi mülkiyyətindədir. Bu əmlaka hansısa formada zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanununla qadağandır. Buna əməl etməyənlər barəsində müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, 27 – 29 apreldə keçirilmiş Azərbaycan Qran Prisinin qalibi "Mercedes” komandasının pilotu Lüis Hemilton olub.