
“Formula 1” üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib.
Sportnet.az xəbər verir ki, ikinci sərbəst yürüş zamanı “Toro Rosso”nun pilotu Daniil Kvyat xoşagəlməz halla üzləşib.
Yeddinci döngədə qəza keçirən rusiyalı sürücünün bolidinin təkərləri yanmağa başlayıb. Alov qısa müddətdə söndürülüb. Maşın evakuasiya olunub.