"Bakı yarışı həqiqətən çox fərqlidir, çünki bu sürətli şəhər trasında bir göz qırpımında hər şey dəyişə bilər. Buna görə də çox ehtiyatlı olmaq lazımdır".
Spornet.az-ın məlumatına görə, bunu "Red Bull"un pilotu Serxio Peres mətbuat konfransında Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
İlk sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən 32 yaşlı sürücü bildirib ki, Bakı treki pilotları həmişə sınaq qarşısında qoyur: "Bakı yarışı mənim üçün mövsümün ən sevimlisidir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.