
Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti, SportAccord təşkilatının rəhbəri Uğur Erdenerlə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, görüş zamanı SportAccord təşkilatının keçirdiyi irimiqyaslı idman tədbirlərinin Azərbaycanda təşkili, eləcə də oxatma idman növünün Azərbaycanda inkişafı istiqamətində müzakirələr aparılıb.
Görüşdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak edib.