Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Qran-pridə çıxış edəcək.
Sportnet.az Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı idmançı turnirin Kanada və Yaponiya mərhələlərində qüvvəsini sınayacaq.
O, Qran-pridə 2022/2023 mövsümünə Kanadada start verəcək. 26 - 28 oktyabrda sözügedən ölkədəki yarışda mübarizə aparacaq künkisürən 18 - 20 noyabrda isə Yaponiyada medal qazanmağa çalışacaq.