Peşəkar Tennisçilər Assosiasiyası (ATP) və Qadın Tennisçilər Assosiasiyası (WTA) mövsümün bərpasını avqustun 3-dək uzadacaq.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, mövsümün 16 - 23 avqustda ABŞ-ın Sinsinnati şəhərindəki turnirlə davam etdirilməsi planlaşdırılır, ancaq ölkədə 940 mindən çox insan koronavirusa yoluxub və sərhədlər bu səbəbdən bağlıdır.
Qeyd edək ki, tennis yarışları koronavirus pandemiyası səbəbindən rəsmi olaraq iyulun 13-dək dayandırılıb.