Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Robin van Persi İstanbula bu axşam gələcək. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytı hollandiyalı hücumçunun yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) Sabiha Gökçen hava limanında olacağını açıqlayıb.
Artıq van Persinin Hollandiyadan ailəsi ilə birgə təyyarə önündə çəkdirdiyi foto klubun sosial mediasında paylaşılıb. Təyyarə üzərində azərbaycanlı iş adamı, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimova məxsus "Palmali" şirkətlər qrupunun loqosu və adı həkk olunub. Bu isə ulduz futbolçunun İstanbula şirkətin özəl təyyarəsi ilə gələcəyi anlamını verir.
Qeyd edək ki, daha öncə Samuel Eto O da "Antalyaspor"la müqavilə bağlamağa eyni təyyarə ilə gətirilib.