1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İdmançıdan ölkə liderinə hərbi salam
Şimali koreyalı suyatullanan Kim Kuk Xan Rusiyanın Kazan şəhərində keçirilən dünya çempionatındakı qələbəsindən sonra KXDR lideri Kim Çen Ina hərbi salam verib. Sportnet.az-ın məlumatına görə, 15 yaşlı qadın idmançı bu addımı ilə öz liderinə və ölkə ordusuna minnətdarlıq ifadə etdiyini bildirib.
Xan deyib ki, vətənində insanların küçələrə çıxaraq onu qarşılamaları ən böyük mükafatı olacaq. Suyatullanan, həmçinin məşqlərdə hər gün 5 saat çalışaraq, 40-dək tullanış yerinə yetirdiyini açıqlayıb.
Qeyd edək ki, Kim Kuk Xan qüllədən tullanma yarışında 397,05 bal yığıb. Çinli Çan Ren 388,15 balla gümüş, malayziyalı Pandelela Pamq 385,05 balla bürünc medal qazanıb. Dünya çempionatına avqustun 9-da yekun vurulacaq.