1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında bir günə iki medal
Slovakiyanın paytaxtı Bratislavada 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan cüdoçuları 2 medal qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov kiprli İrodotos Kelpis, rusiyalı Savva Karakizidi, italiyalı Karmin di Lorento və bolqarıstanlı Denislav İvanova qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada o, daha bir rusiyalı İslam Yaşuyevə uduzaraq, gümüş medala sahib çıxıb.
66 kq çəki dərəcəsində isə iki cüdoçumuz bürünc medal uğrunda mübarizə aparıb. Rəşad Rufullayev və Telman Vəliyev öz aralarındakı görüşdə 3-cü yerin sahibini müəyyənləşdirib. Bu dueldən Vəliyev qalib çıxıb. O, ilk görüşündə isə Litvanı təmsil edən erməni cüdoçu Teqran Qalustyanı məğlubiyyətə uğradıb.
Daha bir cüdoçumuz da Slovakiyada bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Qızlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva medal qazanmaq üçün ispaniyalı Sinta Qarsiya ilə görüşüb. Qızıl xal uğrunda mübarizədə xəbərdarlıq alan Əliyeva birinciliyi 5-ci yerdə başa vurub.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə mübarizə aparan daha iki cüdoçumuz - Rüfət Tağızadə (60 kq) və Səkinə Zairova (57 kq) final mərhələsinə çıxa bilməyib.