
Sabiq futbolçusu Leroy Corc ötən gün Türkiyənin Antalya bölgəsində hazırlıq keçən "Qarabağ"ın düşərgəsində olub. Sportnet.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, hollandiyalı yarımmüdafiəçi keçmiş komanda yoldaşları ilə görüşərək, söhbətləşib.
Qeyd edək ki, Leroy Corc ötən mövsümün sonunda "Qarabağ”dan ayrılaraq Türkiyə I Liqasında mübarizə aparan "Göztəpə”yə keçib.

