1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boksçumuz olimpiya çempionu oldu
Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycanın daha bir idmançısı qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, boksçumuz Rüfət Hüseynovdur.
49 kq çəki dərəcəsində yer alan Hüseynov mübarizəyə 1/4 finaldan başlayıb. O, əvvəlcə hindistanlı Şyam Kumar Kakaranı 2:1, ardından qazaxıstanlı Şalkar Ayxınbayı, finalda isə özbəkistanlı Sulaymon Latipovu 3:0 hesabı ilə məğlub edib.
Bununla da ölkəmizin Nankin olimpiadasını 12 medalla başa vuracağı dəqiqləşib. Daha öncə taekvondoçu Səid Quliyev (73 kq) və yunan-Roma güləşçisi İslambek Dadov (69 kq) olimpiya çempionu olub. Taekvondoçu Ceren Özbek (44 kq), cüdoçular Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq), yunan-Roma güləşçisi Cabbar Nəcəfov (50 kq), qadın güləşçi Leyla Qurbanova (52 kq), akademik avarçəkən Boris Yotov (1 nəfərlik qayıq) gümüş medala yiyələnib. Yeganə bürünc medala isə atletikanın 3 təkanla uzununa tullanma növündə Nazim Babayev əldə edib. Az sonra sərbəst güləşçilər Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) final görüşünə çıxacaqlar. Bu isə o deməkdir ki, hər iki pəhləvan ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, Azərbaycan yığması 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 5 qızıl, 3 gümüş medalla başa vurub.