Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında 1 qızıl, 1 gümüş medal qazanan Azərbaycanın sərbəst güləş yığması Bakıya qayıdıb. Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında millimizi bir qrup azarkeş, udman ictimaiyyətinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Yığmamızın böyük məşqçisi Firdovsi Umudov jurnalistlərə açıqlamasında xalqımızı qazanılan nailiyyət münasibətilə təbrik edib: "Hacı Əliyev bir neçə ay öncə Avropa çempionu olmuşdu, indi isə dünya çempionluğunu əldə etdi. Xetaq Qazyumov isə gümüş medal qazandı. Bu, cənab prezidentimizin qələbəsidir. Çalışacağıq ki, gələn yarışlarda da federasiyamızın prezidenti Fazil Məmmədovun etimadını doğruldaq".
Umudov, həmçinin deyib ki, zədələr olmasaydı, yığmamız daha çox medal qazana bilərdi.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |