
"Qarabağ"ın daha bir legioneri AVRO-2016-nın seçmə qrup matçında meydana çıxıb. Sportnet.az-ın məlumatına görə, Danimarka ilə ev oyununda Ansi Aqoli Albaniya yığmasının start heyətində yer alıb.
O, 90 dəqiqə meydanda olsa da, komandası qələbəni sonadək qoruya bilməyib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, daha öncə Muarem Muarem də Makedoniya millisinin Lüksemburqla görüşünə ilk "11-lik"də başlayıb. Onun 60 dəqiqə meydanda olduğu görüşdə komandası qalib gəlib - 3:2.