
Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd Robert Prosineçki ölkəmizdə olduğu müddətdə ilk mükafatını alıb. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis "Neftçi" rəhbərliyinin xatirə hədiyyəsinə layiq görülüb.
Prosineçki Topaz Premyer Liqasında XIV turun "Neftçi” - "Qəbələ” oyununu izlədikdən sonra arxasında öz adı yazılmış ağ-qara forma ilə təltif olunub.