1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Səmədovun yanında ələ salındı
Rusiya yığmasının futbolçuları və baş məşqçi Fabio Kapellonun bu gün Moskvada uşaqlarla görüşü zamanı maraqlı olay yaşanıb. Sportnet.az-ın "NTV+Futbol"a istinadən verdiyi məlumata görə, uşaqlardan biri müdafiəçi Vasili Berezutskiyə "2018-ci il dünya çempionatının finalında hansı ölkə yığması ilə qarşılaşmaq istərdiniz" sualını verib.
Berezutskinin cavabı belə olub: "Əlbəttə, evimizdə keçirəcəyimiz mundialın finalında oynamaq istərdik. Amma rəqibin kimliyi önəmli deyil. Məsələn, Azərbaycanla görüşsək, əla olardı". Onun sözləri zaldakıların gülüşləri ilə qarşılanıb. Uşaqlarla görüşdə iştirak edən əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov isə "Razıyam" deyə reaksiya verib.
Qeyd edək ki, Rusiya və Azərbaycan milliləri sonuncu dəfə 2014-cü il sentyabrın 3-də Moskvada yoldaşlıq görüşündə üz-üzə gəliblər. Həmin oyunda meydan sahibləri böyük hesabla qalib gəlib - 4:0.