
"Bakı 2015" I Avropa Oyunları Məşəlinin Alovlandırılma və Ötürülmə Mərasiminin vaxtı və yeri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu barədə tanınmış yunan-Roma güləşçisi Həsən Əliyev şəxsi "Facebook" hesabında paylaşım edib.
Həmin paylaşımda onunla yanaşı, digər güləşçi Rövşən Bayramova göndərilmiş dəvətnamələrin fotosu əksini tapıb. Dəvətnamədə tədbirin aprelin 26-da Bakının Suraxanı qəsəbəsindəki "Atəşgah" Od Məbədində təşkil olunacağı göstərilib. Saat 20:00-da başlanacaq mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılacağı vurğulanıb. İdmançılardan biznes geyimində olmaları istənilib.
Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.
"Bakı 2015" I Avropa Oyunları Məşəlinin Alovlandırılma və Ötürülmə Mərasiminin yandırılacağı yer barədə ilk xəbəri "Report" agentliyi yazıb.

