Qırğızıstanda karete üzrə açıq Bişkek çempionatı keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi kumite yarışlarında 3 medal qazanıb.
Karateçilərimizdən böyüklər arasında Aslan Dostuyev (67 kq) qızıl, gənclərdə Rauf İmanov (61 kq) gümüş, uşaqlarda Ömər Əliyev (30 kq) bürünc mükafat əldə edib.
Qeyd edək ki, beynəlxalq turnirdə Qırğızıstan və Azərbaycanla yanaşı, Qazaxsıtan, Özbəkistan və Rusiyadan 1000-ə yaxın idmançı mübarizə aparıb.