![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739369815_elmar_qasimov.jpg)
Azərbaycanın tanınmış cüdoçusu Elmar Qasımovun Bakıda keçiriləcək Böyük Dəbilqə turnirində iştirak etməməsinin səbəbi müəyyənləşib.
Spornet.az Teleqraf-a istinadən xəbər verir ki, məşqçilər heyəti və 35 yaşlı idmançının özü bu qərarı, nüfuzlu yarışda mübarizə aparmağa hazır olmamasına görə verib.
Baxmayaraq ki, Qasımov son Azərbaycan çempionatında 100 kq çəki dərəcəsində qızıl medal qazanıb, onun fiziki durumunun hələlik yaxşı olmadığı bildirilir.
Qeyd edək ki, cüdo üzrə Böyük Dəbilqə turniri 14-16 fevralda Milli Gimnastika Arenasında keçiriləcək.