
Azərbaycan taekvondo hakimləri növbəti təyinat alıblar.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Beynəlxalq dərəcəli referilərimiz Rza Məcidov və Seymur Məmmədov gənclər arasında Qazaxıstan açıq çempionatında hakimlik edəcəklər. Bu gün start götürən yarışa martın 14-dək yekun vurulacaq.
Qeyd edək ki, yarış dünya çempionatına seçim xarakteri daşıdığı üçün qarşılaşmalar yalnız beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunacaq.