
Martın 22-də Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Türingiya Kuboku keçiriləcək.
Sportnet.az xəbər verir ki, turnirdə Azərbaycanı 6 çəki dərəsində 8 qız cüdoçu təmsil edəcək.
Onlara gənc qızlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif rəhbərlik edəcək.
Almaniyaya yollanan cüdoçular bunlardır: Fəridə Mirzəyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Xədicə Qədəşova, Gülnarə Bayramova (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (63 kq), Pərvanə Abdullayeva (70 kq), Nigar Süleymanova (+78 kq).