
Amerikalı UFC çempionu Keyn Velaskes Santa-Klara məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.
Sportnet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hökm 2022-ci ildə baş verən bir hadisədə 42 yaşlı idmançının adam öldürməyə cəhd və odlu silahdan qanunsuz istifadə etdiyinə görə çıxarılıb.
Daha əvvəl prokurorluq tərəfindən idmançının ən azı 30 il və ya ömürlük həbsi tələb olunmuşdu.
Qeyd edək ki, 2022-ci ilin fevralında K.Velaskes oğluna cinsi təcavüz etməsindən şübhələndiyi şəxsin avtomobilinə atəş açdıqdan sonra həbs olunmuşdu. Atışma nəticəsində bir nəfər yaralanmışdı.