
"Bakıdakı döyüşü, səbirsizliklə gözləyirəm".
Sportnet.az xəbər verir ki, bunu qadınlar arasında ən yüngül çəki dərəcəsində hazırkı UFC çempionu İrina Alekseyeva Bakıda keçiriləcək turnirlə bağlı "MMA.Metaratings.ru" saytına açıqlamasında deyib.
35 yaşlı idmançı Bakıdakı turnirin rusiyalı döyüşçülər üçün əlavə məsuliyyət daşıyacağını bildirib: "Əlbəttə ki, turnirin vətənimizdən çox da uzaqda keçirilməməsinə sevinirəm.
Rusiyalı döyüşçülər üçün Bakıda döyüşlər əlavə məsuliyyət daşıyacaq, çünki dost MDB ölkələrindən olan azarkeşlər bizə həmyerlilərimiz qədər dəstək olacaqlar. Azərbaycandakı turnirin böyük üstünlüyü ondan ibarətdir ki, uzun məsafəli uçuş qət etməyəcəyik".
Alekseyeva Bakıya ilk dəfə səfər edəcəyini söyləyib: "Amma inanıram ki, möhtəşəm çıxıb edib qalib gəlsəm, Azərbaycanda azarkeş bazam yaranacaq. Bu döyüşü, səbirsizliklə gözləyirəm".
İrina Alekseyevanın Bakıda baş tutacaq döyüşdəki rəqibi polşalı Klaudiya Sıqula olacaq. Rusiyalının aktivində 5 qələbə və iki məğlubiyyət, polşalının isə altı qələbə və iki məğlubiyyəti var.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə məşhur UFC turniri iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Döyüş gecəsini UFC təşkilatı, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti birlikdə təşkil edəcək.