
Qubada start götürən cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçiləri ümumilikdə 12 medal qazanıblar.
Bunlardan 3-ü qızıl, 3-ü gümüş, 6-sı bürünc əyarlıdır.
Oğlanlar arasında Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq), qızların yarışında isə Nuranə Hacızadə (48 kq) bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olublar.
Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq) və Leyla Ələkbərova (48 kq) gümüş medalla kifayətləniblər.
İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, mayın 4-də yekunlaşacaq Avropa Kubokunda Azərbaycan 141 idmançı (100 oğlan, 41 qız) ilə təmsil olunur.