
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri start götürüb.
Sportnet.az xəbər verir ki, Azərbaycanın hər 3 təmsilçisi bu gün tatami üzərinə çıxıb.
Könül Əliyeva, Gültac Məmmədəliyeva və Fidan Əlizadə yarışı mükafatsız bitiriblər.
48 kq çəki dərəcəsində mübarizə aparan Könül Əliyeva 1/16 final mərhələsində Cənubi Koreya təmsilçisi Kyeonqa Lini üstələsə də, növbəti görüşdə Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan Sabina Gilyazovaya uduzub.
52 kq-da Gültac Məmmədəliyeva 1/16-də fransalı Lea Beresə məğlub olub.
57 kq-da isə Fidan Əlizadə turnirə türkmənistanlı Mədinə Orazniyazovanı məğlub etməklə başlayıb. 20 yaşlı cüdoçu 1/8 final mərhələsində yaponiyalı MomoTamaokidən zəif olub.
Qeyd edək ki, üç gün davam edəcək Böyük Dəbilqə turnirində 44 ölkədən 358 cüdoçu iştirak edir.