
Orta ağır çəkidə çıxış edən amerikalı UFC döyüşçüləri Camal Hill və Xalil Rauntri iyulun 22-də "UFC on ABC" turnirinin sonuncu əsas döyüşündə üz-üzə gələcəklər.
Sportnet.az xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək döyüş iyunun 21-dən 22-nə keçən gecə saat 01:30-da baş tutacaq.
Hill peşəkar karyerası ərzində döyüşlərindən 12 qələbə, 3 məğlubiyyətlə ayrılıb, daha bir görüş isə baş tutmamış hesab olunub. O, yanvarda keçirilmiş UFC 311 turnirində çexiyalı İrji Proxazkaya texniki nokautla məğlub olub.
Rauntrinin peşəkar karyerasında 14 qələbə, 6 məğlubiyyət və 1 baş tutmamış döyüş var. O, 2024-cü ilin oktyabrında UFC 307 turnirində braziliyalı Aleks Pereyraya texniki nokautla uduzub.