
Bakıda keçiriləcək "UFC Döyüş Gecəsi" turnirində döyüşlərin sıralaması bəlli olub.
Sportnet.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunacaq yarışa yarım yüngül çəki dərəcəsində mübarizə aparan rusiyalı İrina Alekseeva ilə polşalı Klaudiya Siqulanın döyüşü ilə start veriləcək.
Azərbaycan təmsilçisilərindən oktaqona ilk olaraq Nazim Sadıxov çıxacaq. O, gecənin 8-ci döyüşündə braziliyalı Nikolas Motta ilə üz-üzə gələcək.
UFC-də debüt edən Tofiq Musayev 10-cu döyüşdə qırğızıstanlı Mıktıbek Orolbayla münasibətlərə aydınlıq gətirəcək.
Gecənin ikinci əsas döyüşü sayılan Rafael Fiziyev - İqnasio Baxamondes qarşılaşması sıralamada 11-ci olacaq.
Xalil Rauntri ilə Camaal Hill arasında baş tutacaq turnirin əsas döyüşü isə sonuncu - 12-ci olacaq.
"UFC Döyüş Gecəsi"
İlkin sıralama
1) Yarım yüngül çəki: İrina Alekseeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)
2) Yarım orta çəki: Sok Hyön Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels)
3) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Muhammad Usman (11-4-0, Nigeriya)
4) Yarım yüngül çəki: Melissa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)
5) Orta çəki: İsmail Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya)
6) Super yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)
Əsas sıralama, döyüşlər saat 23:00-da başlayacaq:
7) Yarım yüngül çəki: Muhammad Nayimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)
8) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)
9) Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)
10) Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) - Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan)
11) Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili)
12) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xalil Rauntri Jr (14-6-0, ABŞ).
Qeyd edək ki, iyunun 21-də keçiriləcək UFC turnirinin saat 20:00-da başlanacağı planlaşdırılır.