
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov karyerasını bitirən amerikalı Con Consu tarixin ən yaxşısı adlandırıb.
Sportnet.az xəbər verir ki, bu barədə dağıstanlı idmançı şəxsi instaqram hesabında yazıb.
"Təbrik edirəm, əfsanə! Biz dost olmasaq da, sən UFC tarixinin ən yaxşısısan. Sən bütün dünyada milyonlarla insanı ruhlandırdın. Bu idmanda sübut etməli olduğun heç bir şeyin qalmadı", - deyə Nurməhəmmədov yazıb.
Qeyd edək ki, Con Consun karyerasını bitirdiyini UFC prezidenti Dana Uayt Bakıda təşkil olunan “UFC Döyüş Gecəsi”ndən sonra keçirilən mətbuat konfransında açıqlayıb. 37 yaşlı amerikalı karyerası ərzində keçirdiyi 30 döyüşün 28-də qələbə qazanıb, birində məğlub olub (diskvalifikasiya) və bir görüşü baş tutmayan elan olunub. O, yarım ağır və ağır çəkilərdə UFC çempionu olmağı bacarıb.